Quba rayonu ərazisində vətəndaş C.Axundova qarşı soyğunçuluq etməkdə şübhəli bilinən rayon sakini İ.Baxışov və Bakı şəhər sakini S.Baxışov saxlanılmışlar
01.09.2021Quba RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 31-də C.Axundovu bıçaqla hədələyib soyğunçuluq yolu ilə pul tələb etməkdə və mobil telefonunu əlindən almaqda şübhəli bilinən Qonaqkənd qəsəbə sakini İ.Baxışov və Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş S.Baxışov saxlanılmışlar.
Davam etdirilən tədbirlərlə S.Baxışovun idarə etiyi “VAZ-2101” markalı avtomobilə baxış zamanı oradan 11 qramdan artıq marixuana aşkar edilərək götürülmüşdür.