Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Səbail rayonu ərazisində meyiti tapılmış E.Qurbanovun münaqişə zəminində M.Həmidov və R.Alyoşkin tərəfindən yetirilmiş xəsarət nəticəsində ölməsi müəyyən edilmişdir

31.08.2021

Səbail Rayon Polis İdarəsinə avqustun 31-də rayon ərazisində Bakı şəhər sakini, tüfeyli həyat tərzi keçirən Eldar Qurbanovun baş nahiyəsində əzik xəsarəti olan meyitinin tapılması barədə məlumat daxil olmuşdur.

Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilmişdir.

Araşdırmalar zamanı avqustun 30-da saat 1 radələrində E.Əzizov küçəsində  yaşayan M.Həmidov və R.Alyoşkinin E.Qurbanovla münaqişə etməsi və R.Alyoşkinin E.Qurbanovu yumruqla vurduqdan sonra başı divara dəyməsi nəticəsində ölməsi müəyyən edilmişdir.

Əməliyyat axtarış tədbirləri nəticəsində M.Həmidov və R.Alyoşkin saxlanılaraq istintaqa təhvil verilmişlər.

Araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır.

31.08.2021 tarixinə olan kriminal məlumatlar