Binəqədi rayonunun Biləcəri qəsəbəsi ərazisində “Daewoo Centra” markalı avtomobili qarşıda gedən “MAN” markalı yük avtomobilinə çırpılmışdır
31.08.2021Sentyabrın 1-də saat 1 radələrində Binəqədi rayonunun Biləcəri qəsəbəsi ərazisində Bakı şəhər sakini Bəhruz Bağırov idarə etdiyi “Daewoo Centra” markalı avtomobili qarşıda gedən Şamaxı rayon sakini H.Bağırovun idarə etdiyi “MAN” markalı yük avtomobilinə vurmuşdur. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş B.Bağırov orada ölmüşdür.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.