Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Cəlilabad rayonu ərazisindəki evlərin birindən 4500 manat pul oğurlamaqda şübhəli bilinən M.Verdiyev və S.Xəlilov saxlanılmışlar

31.08.2021

Cəlilabad RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən 4500 manat pul oğurlamaqda şübhəli bilinən Qarazəncir kənd sakinləri M.Verdiyev və S.Xəlilov saxlanılmışlar.

M.Verdiyevin ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun daha bir həyətdən su nasosu və akkumulyator, bir evdən 200 manat pul və bir mağazadan 420 manat pul və tütün məmulatı  oğurlaması da müəyyən edilmişdir.

31.08.2021 tarixinə olan kriminal məlumatlar