Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Avqustun 31-də Bakı şəhərində və respublika ərazisində 3 toy şənliyinin monitorinqi həyata keçirilib

01.09.2021

Avqustun 31-də Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 3 toy şənliyinin monitorinqini həyata keçirib.

Monitorinq 3 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə:

- 3 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub;

- 15 nəfər “COVID-19” pasportu olmadığına görə şənliyə buraxılmayıb.

01.09.2021 tarixinə olan kriminal məlumatlar