Hacıqabul rayonunun Ağacanlı kəndi ərazisində “Mercedes” markalı iki avtomobil toqquşmuşdur
30.08.2021Avqustun 30-da saat 19 radələrində Hacıqabul rayonunun Ağacanlı kəndi ərazisində Gəncə şəhər sakini H.Kərimovun və İmişli rayon sakini H.Əliyevin idarə etdikləri “Mercedes” markalı avtomobillər toqquşmuşdur.
Nəticədə H.Əliyevin sərnişini Güləhməd Ağayev hadisə yerində ölmüş, digər 2 sərnişini xəstəxanaya yerləşdirilmişdir.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.