Lənkəran rayonunun Bürcəli kəndi ərazisində “VAZ-21214” markalı avtomobillə kənd sakini Z.Ağayev vurulmuşdur
30.08.2021Avqustun 30-da saat 22 radələrində Lənkəran rayonunun Bürcəli kəndi ərazisində Türkəkəran kənd sakini İ.İbrahimov idarə etdiyi “VAZ-21214” markalı avtomobillə yolu keçən kənd sakini Zaur Ağayevi vurmuşdur. Nəticədə piyada hadisə yerində ölmüşdür.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.