Yevlax rayonu ərazisindəki evlərin birindən kombi və radiator oğurlamaqda şübhəli bilinən Havarlı kənd sakinləri T.Bəydiyev və Q.Novruzov saxlanılmışlar
30.08.2021Yevlax RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində martın 30-da rayon ərazisindəki evlərin birindən kombi və radiator oğurlamaqda şübhəli bilinən Havarlı kənd sakinləri T.Bəydiyev və Q.Novruzov saxlanılmışlar.
Q.Novruzovun ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun avqust ayı ərzində rayon sakinləri olan 3 nəfərə məxsus ümumilikdə 5 baş qoyunu və 1 baş inəyi oğurlaması da müəyyən edilmişdir.