Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Avqustun 28-də və 29-da Bakı şəhərində və respublika ərazisində 14 toy şənliyinin monitorinqi həyata keçirilib

30.08.2021

Avqustun 28-də və 29-da Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 14 toy şənliyinin monitorinqini həyata keçirib.

Monitorinq 4 şadlıq sarayında, 10 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə:

- 15 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub;

- 1 nəfər barəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb;

- 115 nəfər “COVID-19” pasportu olmadığına görə şənliyə buraxılmayıb.