Xəzər rayonu ərazisindəki 8 evdən oğurluq etməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Q.Gəncəliyev və İ.Əzizov saxlanılmışlar
27.08.2021Xəzər RPİ 3-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində müxtəlif vaxtlarda rayon ərazisindəki 8 evdən qızıl-zinət əşyaları, təmir-tikinti alətləri, kondisioner mühərriki, su qızdırıcısı, naqil və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri Q.Gəncəliyev və İ.Əzizov saxlanılmışlar.