Lənkəran şəhər sakini X.Məmmədov narkotik vasitə satarkən saxlanılmışdır
27.08.2021Lənkəran ŞRPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş X.Məmmədov narkotik vasitə satarkən saxlanılmışdır. Ondan 150 qrama yaxın heroin, 7 qramdan artıq metamfetamin və elektron tərəzi aşkar edilərək götürülmüşdür.