Xaçmaz rayonunun Həsənqala kəndi ərazisində “Chevrolet” markalı avtomobil yolun kənarındakı restoranın divarına çırpılmışdır
27.08.2021Avqustun 27-də saat 13 radələrində Xaçmaz rayonunun Həsənqala kəndi ərazisində Bakı şəhər sakini N.Məlikova idarə etdiyi “Chevrolet” markalı avtomobili yolun kənarındakı restoranın divarına vurmuş, nəticədə sərnişini Hədiyyə Məlikova hadisə yerində ölmüşdür.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.