Bərdə rayonu ərazisində artezian quyularını elektrik enerjisi ilə təmin edən naqilləri oğurlamaqda şübhəli bilinən V.İsayev və R.Ələsgərov saxlanılmışlar
25.08.2021Bərdə Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumatlar əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ayrı-ayrı vaxtlarda rayon ərazisində 9 ailəyə məxsus əkin sahələrindən artezian quyularını elektrik enerjisi ilə təmin edən naqilləri, eləcə də Qazaxlar və Nazırlı kəndləri ərazisində rayon subartezian quyularının istismarı idarəsinə məxsus artezian quyularını elektrik enerjisi ilə təmin edən naqilləri oğurlamaqda şübhəli bilinən Yevlax rayon sakini V.İsayev və Ağdam rayon sakini R.Ələsgərov müəyyən edilərək saxlanılmışlar.
Araşdırma aparılır.