Biləsuvar şəhər sakini K.Şirəliyə heroin satmaqda şübhəli bilinən həmyerlisi B.Gülalıyev də müəyyən edilərək saxlanılmışdır
25.08.2021Biləsuvar RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş K.Şirəli saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan heroin aşkar edilmişdir. Davam etdirilən tədbirlərlə narkotik vasitəni ona satmaqda şübhəli bilinən həmyerlisi B.Gülalıyev də müəyyən edilərək saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan da heroin və metamfetamin götürülmüşdür.