Astara rayonunda saxlanılan R.Qənbərovun Kijəbə qəsəbəsində yaşadığı evin həyətindən 3 kiloqram 210 qram marixuana götürülmüşdür
25.08.2021Astara RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində əvvəllər məhkum olunmuş R.Qənbərov saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan 6 qrama yaxın marixuana aşkar edilmişdir. Davam etdirilən tədbirlərlə onun Kijəbə qəsəbəsində yaşadığı evin həyətinə baxış zamanı isə oradan əlavə 3 kiloqram 210 qram marixuana götürülmüşdür.