Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Cəlilabad rayonunda saxlanılarkən üzərlərində heroin aşkar edilmiş üç şəxsə narkotik vasitəni satmaqda şübhəli bilinən E.Hətəmov da müəyyən edilərək saxlanılmışdır

25.08.2021

Cəlilabad RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Göytəpə şəhər sakinləri İ.Dadaşov, əvvəllər məhkum olunmuş E.Əlizadə və T.Məmmədov saxlanılmışlar. Şəxsi axtarış zamanı onlardan heroin aşkar edilmişdir. Davam etdirilən tədbirlərlə onlara narkotik vasitəni satmaqda şübhəli bilinən həmyerliləri, əvvəllər məhkum olunmuş E.Hətəmov da müəyyən edilərək saxlanılmışdır. Onun yaşadığı evə baxış zamanı oradan 40 qramdan artıq heroin və metamfetamin götürülmüşdür.

25.08.2021 tarixinə olan kriminal məlumatlar