Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Şəmkir rayonunun Zəyəm qəsəbəsi ərazisində “BMW” və “VAZ-2106” markalı avtomobillər toqquşmuşdur

25.08.2021

Avqustun 25-də saat 10 radələrində Şəmkir rayonunun Zəyəm qəsəbəsi ərazisində Qusar rayon sakini A.Hacıqayıbovun idarə etdiyi “BMW” və Bayramlı kənd sakini Ş.Tağıyevin idarə etdiyi “VAZ-2106” markalı avtomobillər toqquşmuşdur. Nəticədə Ş.Tağıyevin sərnişini, həyat yoldaşı Elmira Tağıyeva hadisə yerində ölmüşdür.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

25.08.2021 tarixinə olan kriminal məlumatlar