Zaqatala rayon sakini S.Cəfərovun yaşadığı evdən 4 kiloqramdan artıq marixuana götürülmüşdür
21.08.2021Zaqatala RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Qazangül kənd sakini, əvvəllər məhkum olunmuş S.Cəfərovun yaşadığı evə baxış zamanı oradan 4 kiloqramdan artıq marixuana aşkar edilərək götürülmüşdür.