Binəqədi rayonundakı Motodrom yaşayış sahəsində soyğunçuluq törətməkdə şübhəli bilinən V.Hüseynov saxlanılmışdır
20.08.2021Binəqədi RPİ 40-cı Polis Bölməsinə avqustun 20-də Motodrom yaşayış sahəsində bir nəfərin “Ford” markalı avtomobildən açıq talama yolu ilə mobil telefon aparması barədə məlumat daxil olmuşdur.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş V.Hüseynov müəyyən edilərək saxlanılmışdır.
Binəqədi RPİ tərəfindən araşdırma aparılır.