Şirvan şəhəri ərazisindən “VAZ-2106” markalı avtomobili qaçırmaqda şübhəli bilinən şəhər sakini S.Qasımzadə saxlanılmışdır
20.08.2021Şirvan Rayon Polis Şöbəsinə avqustun 20-nə keçən gecə şəhər ərazisindən “VAZ-2106” markalı avtomobilin qaçırılması barədə məlumat daxil olmuşdur.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobil Hacıqəhramanlı qəsəbəsi ərazisində yanmış halda tapılmışdır.
Davam etdirilən əməliyyat tədbirləri ilə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən şəhər sakini S.Qasımzadə müəyyən edilərək saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan heroin aşkar edilərək götürülmüşdür.Şirvan ŞPŞ tərəfindən araşdırma aparılır.