Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Səbail rayonu ərazisindəki evlərin birindən 1700 manat və 6900 ABŞ dolları oğurlamaqda şübhəli bilinən E.Allahverdiyev saxlanılmışdır

20.08.2021

Səbail RPİ 41-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində rayon ərazisindəki evlərin birindən 1700 manat və 6900 ABŞ dolları oğurlamaqda şübhəli bilinən E.Allahverdiyev saxlanılmışdır. Ətrafında aparılan tədbirlərlə onun Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə axtarışda olması da müəyyən edilmişdir.