Koronavirus xəstələri ictimai yerlərdə aşkar edilərək saxlanılıb
21.08.202119 və 20 avqust tarixlərində daxili işlər orqanlarının əməkdaşları tərəfindən respublika ərazisində 6 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb.
Polis əməkdaşları onlarla izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadıqları evə qaytarıb, bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.