Goranboy rayonunun Goran qəsəbəsi ərazisində “Ford Transit” markalı avtomobil aşmışdır
18.08.2021Avqustun 18-də saat 18 radələrində Goranboy rayonunun Goran qəsəbəsi ərazisində Yevlax rayon sakini E.Əsgərov idarə etdiyi “Ford Transit” markalı avtomobili aşırmışdır. Nəticədə avtomobildəki sərnişinlərdən 4 nəfəri aldıqları xəsarətlərdən hadisə yerində ölmüş, bir sərnişin isə xəstəxanaya yerləşdirilmişdir.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.