Sabunçu rayonunun Nardaran qəsəbəsi ərazisində “Mercedes” markalı iki avtomobil toqquşmuşdur
13.08.2021Avqustun 14-də saat 1 radələrində Sabunçu rayonunun Nardaran qəsəbəsi ərazisində paytaxt sakinləri L.Abbasovanın və R.Quliyevin idarə etdikləri “Mercedes” markalı avtomobillər toqquşmuşdur. Nəticədə R.Quliyevin sərnişini Həsən Qulamov aldığı xəsarətlərdən hadisə yerində ölmüş, daha bir sərnişin və hər iki sürücü xəstəxanaya yerləşdirilmişdir.
Sabunçu RPİ tərəfindən araşdırma aparılır.