Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Quldurluq etməkdə şübhəli bilinən Qobustan rayon sakini A.Lətifov saxlanılmışdır

11.08.2021

Abşeron Rayon Polis İdarəsinə avqustun 9-da Sulutəpə qəsəbəsi ərazisində Bakı şəhər sakini E.Hüseynovun idarə etdiyi “Ford” markalı avtomobilin naməlum sərnişini onu bıçaqla hədələyərək 410 manat pulunu alıb avtomobildən düşərək getməsi barədə məlumat daxil olmuşdur.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Qobustan rayon sakini, əvvəllər məhkum olunmuş A.Lətifov saxlanılmışdır.