Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini H.Quluzadəyə məxsus avtomobilə baxış zamanı oradan 2 kiloqram 530 qram heroin, 1 kiloqram 205 qram tiryək, 775 qram metamfetamin, 1 ədəd beşbarmaq və 1 ədəd bıçaq aşkar edilərək götürülmüşdür

11.08.2021

Cəlilabad RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş H.Quluzadəyə məxsus “Ford” markalı avtomobilə baxış zamanı oradan 2 kiloqram 530 qram heroin, 1 kiloqram 205 qram tiryək, 775 qram metamfetamin, 1 ədəd beşbarmaq və 1 ədəd bıçaq aşkar edilərək götürülmüşdür.

Davam etdirilən tədbirlərlə H.Quluzadənin narkotik vasitələri T.Babayevə çatdırmalı olduğunu müəyyən edilmişdir.

Keçirilən tədbirlərlə T.Babayev saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan metamfetamin və marixuana aşkarlanmışdır.