Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Ağcabədi rayon sakini H.Əsgərovdan 18 ədəd 100 manatlıq və 2 ədəd 200 manatlıq saxta pul əskinası aşkar edilərək götürülmüşdür

10.08.2021

Avqustun 10-da bir nəfər İmişli Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək avqustun 3-də Otuziki kəndi ərazisində yerləşən bazarda naməlum şəxsin ona 200 manat saxta pul verməsini bildirmişdir.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bu əməli törətməkdə şübhəli bilinən Ağcabədi rayon sakini H.Əsgərov saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan 18 ədəd 100 manatlıq və 2 ədəd 200 manatlıq saxta pul əskinası aşkar edilərək götürülmüşdür.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 204.1-ci (Saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma) maddəsi ilə  cinayət işi başlanmışdır.