Sabirabad rayonunun Qəzli kənd sakini A.İsgəndərova məxsus həyətyanı sahədən 11 ədəd çətənə kolu və evinə baxış zamanı oradan 5 kiloqram 150 qram marixuana aşkar edilərək götürülmüşdür
10.08.2021Sabirabad RPŞ əməkdaşlarının keçirdikləri “Xaşxaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində Qəzli kənd sakini A.İsgəndərova məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş 11 ədəd çətənə kolu və evinə baxış zamanı oradan 5 kiloqram 150 qram marixuana aşkar edilərək götürülmüşdür.