Oğuz rayonunun Qumlaq kəndi ərazisində yol-nəqliyyat hadisəsi
09.08.2021Avqustun 9-da saat 19 radələrində Oğuz rayonunun Qumlaq kəndi ərazisində Şirvanlı kənd sakini S.Soltanov idarə etdiyi “Toyota” markalı avtomobili yolun kənarındakı ağaca vurmuşdur. Nəticədə S.Soltanov və avtomobildəki 2 sərnişin aldıqları xəsarətlərlə xəstəxanaya yerləşdirilmiş, sərnişinlərdən biri - Əhməd Çələbiyev orada ölmüşdür.
Oğuz RPŞ tərəfindən araşdırma aparılır.