Tovuz rayonunun Qaralar kəndi ərazisində yol-nəqliyyat hadisəsi
07.08.2021Avqustun 7-də saat 9 radələrində Tovuz rayonunun Qaralar kəndi ərazisində Şəmkir rayon sakini E.Zeynalov idarə etdiyi “VAZ-21063” markalı avtomobili dərəyə aşırmışdır. Nəticədə E.Zeynalovun sərnişini - nəvəsi Sinan Zeynalov aldığı xəsarətlərlə xəstəxanaya aparılarkən yolda ölmüş, özü və digər sərnişini xəstəxanaya yerləşdirilmişdir.
Tovuz RPŞ tərəfindən araşdırma aparılır.