Kultivasiya yolu ilə yetişdirilmiş, çəkisi 96 kiloqrama yaxın olan 41 ədəd çətənə kolu aşkar edilərək götürülmüşdür
03.08.2021İsmayıllı RPŞ əməkdaşlarının keçirdikləri “Xaşxaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində Göytəpə kəndinin meşə ərazisində kənd sakinləri N.Mirzəliyev və T.Məmmədov tərəfindən kultivasiya yolu ilə yetişdirilmiş, çəkisi 96 kiloqrama yaxın olan 41 ədəd çətənə kolu aşkar edilərək götürülmüşdür.