Nəsimi rayonu H.Ələsgərova küçəsində yol-nəqliyyat hadisəsi
03.08.2021Avqustun 3-də saat 15 radələrində Nəsimi rayonu H.Ələsgərova küçəsində Bakı şəhər sakini Vüqar Əliyev idarə etdiyi “Chevrolet” markalı avtomobili qarşıda gedən Ağsu rayon sakini H.Məmmədovun idarə etdiyi “Daewoo” markalı avtomobilə vurmuşdur. Nəticədə xəsarət almış V.Əliyev xəstəxanaya aparılarkən yolda ölmüşdür.
Nəsimi RPİ tərəfindən araşdırma aparılır.