Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Qaradağ rayonunun Sanqaçal qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi

02.08.2021

Avqustun 2-də saat 19 radələrində Qaradağ rayonunun Sanqaçal qəsəbəsi ərazisində qəsəbə sakini M.Əhmədov idarə etdiyi “Toyota” markalı avtomobillə yolu keçən Bakı şəhər sakini Taleh Aqamedovu vurmuş və idarəetməni itirdiyindən yolun kənarında dayanmış “Opel”, “VAZ-2107” və “VAZ-21015” markalı 3 avtomobillə toqquşmuşdur. Nəticədə T.Aqamedov hadisə yerində ölmüş, xəsarət almış  M.Əhmədov isə xəstəxanaya yerləşdirilmişdir.
Qaradağ RPİ tərəfindən araşdırma aparılır. 

02.08.2021 tarixinə olan kriminal məlumatlar