Bərdə rayonunun Mirzəxan kəndi ərazisində yol-nəqliyyat hadisəsi
02.08.2021Avqustun 2-də saat 21 radələrində Bərdə rayonunun Mirzəxan kəndi ərazisində rayon sakini İ.Quliyevin idarə etdiyi “MTZ-80” markalı traktorla Ağdam rayon sakini T.Mehralıyevin idarə etdiyi “VAZ-21011” markalı avtomobil toqquşmuşdur. Nəticədə T.Mehrəliyevin sərnişini, Ağcabədi rayon sakini Rəmzi Babayev hadisə yerində ölmüş, özü isə xəstəxanaya yerləşdirilmişdir.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.