Ağcabədi rayonunun Hacıbədəlli kəndi ərazisində yol-nəqliyyat hadisəsi
02.08.2021Avqustun 2-də saat 13 radələrində Ağcabədi rayonunun Hacıbədəlli kəndi ərazisində kənd sakini Süleyman Əhmədov idarə etdiyi “Mercedes” markalı avtomobili yolun kənarındakı dirəyə vurmuşdur. Nəticədə sürücü və sərnişini xəsarətlə xəstəxanaya yerləşdirilmiş, sürücü orada ölmüşdür.
Ağcabədi RPŞ tərəfindən araşdırma aparılır.