Lənkəran şəhəri ərazisindəki mağazalardan birinin satıcısının çantasından pul oğurlamaqda şübhəli bilinən rayon sakini V.İbadova saxlanılmışdır
01.08.2021Lənkəran ŞRPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisindəki mağazaların birində satıcı G.Abbasovanın çantasından 1930 manat pul oğurlamaqda şübhəli bilinən rayon sakini V.İbadova saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan heroin və metamfetamin aşkar edilərək götürülmüşdür.