Yardımlı rayonunun Zövin kəndində yaşayan R.Beybudovun evindən narkotik vasitələr aşkar edilərək götürülmüşdür
01.08.2021Yardımlı RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında Zövin kəndində yaşayan əvvəllər məhkum olunmuş R.Beybudovun evində keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində oradan 3 kiloqramdan artıq tiryək, 2 kiloqram 210 qram metamfetamin və 48 ədəd metadon həbi aşkar edilərək götürülmüşdür.