Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Quba rayonunun Dəvədabanı yaşayış sahəsində “QAZel” və “VAZ-2106” markalı avtomobillər toqquşmuşdur

01.08.2021

Avqustun 1-də saat 23 radələrində Quba rayonunun Dəvədabanı yaşayış sahəsində rayon sakinləri F.Adıgözəlovun idarə etdiyi “QAZel” və Rauf Nəcəfovun idarə etdiyi “VAZ-2106” markalı avtomobillər toqquşmuşdur. Nəticədə R.Nəcəfov hadisə yerində, sərnişini Taleh Abıyev isə xəstəxanaya aparılarkən yolda ölmüş, digər 2 sərnişini, həmçinin F.Adıgözəlovun 2 sərnişini xəstəxanaya yerləşdirilmişlər.

Quba RPŞ tərəfindən araşdırma aparılır.

01.08.2021 tarixinə olan kriminal məlumatlar