Füzuli rayonunun Bala Bəhmənli kəndi ərazisində “VAZ-21074” markalı avtomobillə yolu keçən kənd sakini R.Aslanov vurulmuşdur
01.08.2021Avqustun 1-də saat 18 radələrində Füzuli rayonunun Bala Bəhmənli kəndi ərazisində rayon sakini K.Kazımov idarə etdiyi “VAZ-21074” markalı avtomobillə yolu keçən kənd sakini Rəfi Aslanovu vurmuş və nəticədə piyada hadisə yerində ölmüşdür.
Füzuli RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində K.Kazımov saxlanılmışdır. Şəxsi axtarış zamanı onun üzərindən və avtomobilə baxış zamanı oradan ümumilikdə 51 qramdan artıq metamfetamin və marixuana aşkar edilərək götürülmüşdür.
Araşdırma aparılır.