Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Biləsuvar rayon sakini Rafət Rüstəmov üstünə benzin tökərək özünü yandırmışdır

02.04.2008

Martın 16-da Biləsuvar rayon sakini, əvvəllər məhkum olunmuş Rafət Rüstəmov və Zəhmətabad kənd sakini Nizami Əliyev münaqişə zəminində biri-birini döymüşlər. Faktla bağlı cinayət işi başlanmışdır. Bununla əlaqədar aprelin 2-də saat 12.00 radələrində rayonun mərkəzi bazarının qarşısında Rafət Rüstəmov üstünə benzin tökərək özünü yandırmışdır. R.Rüstəmov xəstəxanaya yerləşdirilmişdir. Araşdırmalar aparılır.