Oğurluqda şübhəli bilinən Göyçay rayon sakini M.Qafarov müəyyən edilərək saxlanılmışdır
27.07.2021İyulun 26-da Yasamal RPİ-nin 27-ci Polis Bölməsinə müraciət edən Göyçay rayon sakini Ş.Qafarova cari il fevral ayının 28-də oğlu, şəhid Kənan Qafarovun bank kartından 3960 manat pulun çıxarılaraq oğurlandığını bildirib.
Polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Göyçay rayon sakini M.Qafarov müəyyən edilərək saxlanılmışdır.
Araşdırma aparılır.