Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Salyan şəhər sakini E.Ağayev saxlanılmışdır
23.07.2021Salyan RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini E.Ağayev saxlanılmışdır. Ondan 1,1 kiloqram tiryək götürülmüşdür.