Cəlilabad rayon sakinləri A.Quliyev və V.Qədirov narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə saxlanılmışlar
23.07.2021Salyan RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Cəlilabad rayon sakini A.Quliyev saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan marixuana aşkar edilmişdir.
Polis əməkdaşları tərəfindən narkotik vasitəni ona satmaqda şübhəli bilinən əvvəllər məhkum olunmuş V.Qədirov da müəyyən edilərək saxlanılmışdır. Onun Arbatan kəndindəki yaşadığı evin həyətyanı sahəsindən kultivasiya yolu ilə yetişdirilmiş 9 ədəd çətənə kolu və 15,3 kiloqramdan artıq çəkidə qurudulmuş marixuana da aşkar edilərək götürülmüşdür.