Şəmkir şəhərinin 20 Yanvar küçəsində “Mercedes” və “VAZ-2106” markalı avtomobillər toqquşmuşdur
23.07.2021İyulun 23-də saat 19 radələrində Şəmkir şəhərinin 20 Yanvar küçəsində Yeni Həyat qəsəbə sakini S.Abbasovun idarə etdiyi “Mercedes” və şəhər sakini Əli Əkbərovun idarə etdiyi “VAZ-2106” markalı avtomobillər toqquşmuşdur. Nəticədə Ə.Əkbərov və sərnişini olan arvadı Gülvar hadisə yerində ölmüşlər.
Şəmkir RPŞ tərəfindən araşdırma aparılır.