Lənkəran rayonunun Şağlaküçə kəndi ərazisində yol-nəqliyyat hadisəsi
23.07.2021İyulun 23-də saat 1 radələrində Lənkəran rayonunun Şağlaküçə kəndi ərazisində Bakı şəhər sakini Aqil Əliyev idarə etdiyi “Mercedes” markalı avtomobili kanala aşırmış və aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür.
Lənkəran ŞRPŞ tərəfindən araşdırma aparılır.