Oğurluqda şübhəli bilinən Bakı şəhər sakinləri A.Zeynalov və A.Qasımlı saxlanılmışlar
22.07.2021Nərimanov RPİ 18-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 7-də paytaxtdakı restoranların birindən 10.000 manat dəyərində 2 ədəd kondisioner mühərrikini oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri A.Zeynalov və A.Qasımlı saxlanılmışlar. Şəxsi axtarış zamanı onlardan heroin və metamfetamin aşkar edilərək götürülmüşdür.