Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Şahbuz rayon sakini T.Şirinov saxlanılmışdır
17.07.2021Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Şahbuz rayon sakini T.Şirinov paytaxtın Nizami rayonu ərazisində saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan 21 qramdan artıq heroin və plastik kart aşkar edilmişdir.
Davam etdirilən tədbirlərlə onun kirayədə yaşadığı evə baxış zamanı oradan 65 qrama yaxın metamfetamin, 452,5 qram heroin və elektron tərəzi götürülmüşdür.