Oğurluqda şübhəli bilinən Yevlax rayon sakini olan bir nəfər azyaşlı saxlanılmışdır
17.07.2021Suraxanı RPİ 31-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 14-də rayon ərazisindəki evlərin birindən 1500 manat pul oğurlamaqda şübhəli bilinən Yevlax rayon sakini olan bir nəfər azyaşlı saxlanılmışdır.
Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun daha bir evdən 600 manat pul və 3000 manat dəyərində qızıl-zinət əşyaları oğurlaması da müəyyən edilmişdir.