Saatlı şəhəri ərazisində yol-nəqliyyat hadisəsi
16.07.2021İyulun 16-da saat 18 radələrində Saatlı şəhəri ərazisində şəhər sakini V.Məmmədov idarə etdiyi “VAZ-21074” markalı avtomobili yolun kənarında dayanmış “DAF” markalı yük avtomobilinin qoşqusuna vurmuşdur. Nəticədə V.Məmmədovun sərnişini Zahir Zeynalov hadisə yerində ölmüş, özü xəstəxanaya yerləşdirilmişdir.
Saatlı RPŞ tərəfindən araşdırma aparılır.