Yabanı halda bitmiş və kultivasiya yolu ilə yetişdirilmiş çətənə kolları aşkar edilərək götürülmüşdür
12.07.2021Goranboy RPŞ əməkdaşlarının keçirdikləri "Xaşxaş-2021" şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində Qarqucaq kəndi ərazisində yabanı halda bitmiş 122 ədəd çətənə kolu aşkar edilərək götürülmüşdür.
Yevlax RPŞ əməkdaşlarının keçirdikləri "Xaşxaş-2021" şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş V.Mustafazadəyə məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş 184 ədəd çətənə kolu aşkar edilərək götürülmüşdür.